"Bayern Münhen"in fransalı ulduzu Maykl Olisenin pornoulduz Mia Xalifa ilə gecə klubunda bir araya gəldiyi fotoşəkillər mübahisəyə səbəb olub.
Sportinfo.az xəbər verir ki, görüntülərin real olub-olmaması ilə bağlı müxtəlif rəylər səsləndirilsə də, şəkillərin süni intellekt məhsulu olduğunu iddia edənlər də var.
Olise ilə Xalifanı bir arada göstərdiyi iddia edilən görüntülərlə bağlı fərqli fikirlər yaranıb.
Qeyd edək ki, sentyabr ayında Olise və Xalifanı "Bayern Münhen"in soyunma otağında göstərdiyi iddia edilən bənzər görüntülər də vizual təhlil aparan saytlar tərəfindən süni intellekt məhsulu (deepfake) kimi qiymətləndirilmişdi.
Olise ilə Xalifa arasında romantik bir münasibətin olduğunu təsdiqləyən etibarlı rəsmi açıqlama yoxdur. İnternetdə Olisenin Xalifa haqqında açıqlama verdiyinə dair yer alan bəzi iddiaların da öz təsdiqini tapmadığı qeyd olunur.
Bu səbəbdən sözügedən fotoşəkillərin həqiqiliyi və iki tanınmış sima arasında hər hansı bir münasibətin olub-olmaması barədə dəqiq fikir bildirmək mümkün deyil.

