“Fənərbağça”nın legioneri Meyson Qrinvud diskvalifikasiya oluna bilər.
Sportinfo.az xəbər verir ki, buna səbəb ingiltərəli yarımmüdafiəçinin “Turan Tovuz”la yoxlama oyununda qırmızı vərəqə alması olub.
Məsələ burasındadır ki, Türkiyə Futbol Federasiyasının (TFF) tətbiq etdiyi qaydalara əsasən, yoxlama matçlarında rəqibə qarşı qərəzli və şiddətli hərəkətə görə qırmızı vərəqə alan futbolçu cəzalandırıla bilər. Bu isə matçın baş hakiminin raportuna əsasən müəyyənləşdirilir.
Yəni qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadənin qırmızı vərəqə ilə bağlı protokolda qeydi TFF-nin qərarına təsir göstərəcək.
Əgər Həmzəzadə bunu qərəzli, rəqibə xəsarət yetirmək məqsədli və ya yüksək şiddətli zərbə kimi qiymətləndirsə, Qrinvud sanksiyaya məruz qalacaq. Bu isə onun bir neçə rəsmi qarşılaşmanı buraxmasına gətirib çıxara bilər.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Turan Tovuz” – “Fənərbağça” oyunu qonaqların 2:0 hesablı qələbəs ilə yekunlaşıb.
