Paris Qran-Prisində mübarizə aparacaq - Azərbaycan təmsilçisi

07:10 Taekvondo 142
Paris Qran-Prisində mübarizə aparacaq - Azərbaycan təmsilçisi

Azərbaycanın taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-Prisində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa yollanan idmançı 58 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. O, oktyabrın 9-da tatamiyə çıxacaq.

Bu gün start götürəcək və oktyabrın 11-dək davam edəcək Qran-Pri turniri Olimpiadaya reytinq xalları qazandırır.

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yarışda Azərbaycanı təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!