Vinçentso Montella Türkiyə yığmasının baş məşqçi postundan göndəriləcək

00:10 Türkiyə 110
Vinçentso Montella Türkiyə yığmasının baş məşqçi postundan göndəriləcək

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montella ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.

İtaliyalı mütəxəssisin aylıq maaşı 183 min avrodur. Federasiya ona 5 aylıq maaşını təzminat olaraq ödəyəcək. Ayrılığın yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilir.

Vinçentso Montella 2023-cü ilin sentyabrında Türkiyə yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub.

“Ay-ulduzlular” UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında (Fransa - 0:1, İtaliya - 1:4, 1:3, Belçika - 0:3) uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO