İki təmsilçimiz yarımfinala çıxdı - Avropa çempionatında

04:10 Boks 88
İki təmsilçimiz yarımfinala çıxdı - Avropa çempionatında

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha 3 idmançısı 1/4, 2-si 1/2 finala vəsiqə qazanıb.

Nihad Məmmədli (48 kq) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmasında Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

İsmayıl Nəsirzadə (52 kq) də rinqdən qalib ayrılıb. Təmsilçimiz Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.

Məhəmmədəli İstamov (57 kq) Martin Donovandan (İrlandiya) güclü olub. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.

Səma Abbasova (66 kq) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb. Boksçumuz döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək.

Xumar Cəfərli (+80 kq) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb. Boksçumuz 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Avropa çempionumuz yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər.

Beləliklə, 1/4 final vəsiqə qazanan boksçularımızın sayı 11-ə yüksəlib.

Yarışda 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO