Məşhur ispaniyalı Bakıda baş məşqçinin üzünü güldürdü

11:00 Türkiyə 183
Məşhur ispaniyalı Bakıda baş məşqçinin üzünü güldürdü

“Turan Tovuz”la Bakıda keçirilən yoldaşlıq oyunu “Fənərbağça”da böyük sevinclə qarşılanıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər”in bir neçə futbolçusu performansı ilə məşqçilər korpusuna böyük ümidlər verib.

Xüsusən də ağır zədədən qayıdan Marko Asensionun çıxışı baş məşqçi İsmail Kartalı sevindirib. 83 dəqiqə meydanda olan ispaniyalı həm fiziki, həm də texniki baxımdan əvvəlki formasını bərpa etdiyini göstərib.

Bu üzdən məşqçilər korpusu artıq Superliqanın növbəti turunda “Çaykur Rizəspor”la oyunda 30 yaşlı vingeri start heyətində meydana buraxmağı planlaşdırır.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Turan Tovuz” – “Fənərbağça” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!