Sabir Paris Qran-Prisində gümüş medal qazandı

04:20 Taekvondo 48
Sabir Paris Qran-Prisində gümüş medal qazandı

Parisdə keçirilən parataekvondo üzrə Qran-Pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub.

Sportinfo.az xəbər verir ki, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb.

Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib.

Ən reytinqli idmançıların qatıldığı Paris Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 parataekvondoçu — İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO