COP29

"Neftçi"nin sabiq baş məşqçisi Azərbaycanın daha bir iddialı klubunda işləmək istəyir

26 Fevral 16:00 Sabah 4 536
"Neftçi"nin sabiq baş məşqçisi Azərbaycanın daha bir iddialı klubunda işləmək istəyir

2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olmuş Roberto Bordin yenidən Azərbaycana qayıtmaq istəyindədir.

İtaliyalı çalışdırıcının ürəyi «Sabah»dadır.

Dörd il öncə ölkəmizdən ayrılmış, bu müddətdə «Şerif»i və Moldova yığmasının sükanı arxasında olmuş mütəxəssis öz xidmətlərini Masazır klubuna təklif eləyib.

Menecerlər vasitəsilə «Sabah»a xəbər göndərən Bordin elə də yüksək olmayan maliyyə şərtləri ilə «bayquşlar»ın sükanı arxasına keçməyə hazırdır.

«Neftçi» ilə Premyer Liqanın gümüş medallarını qazanmış italyanı Azərbaycan çempionatını yaxşı tanıdığını, eyni zamanda «Sabah»ın çıxışını yaxından izlədiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"