Premyer Liqamızın parlayan legioneri millidə də sakit dayanmır - VİDEO

1 Aprel 2023 16:00 Sabah 2 036
Premyer Liqamızın parlayan legioneri millidə də sakit dayanmır - VİDEO

Deyəsən, Aleksey Kaşuku Azərbaycanda saxlamaq müşkül məsələ olacaq.

Hər keçən gün daha da parlayan futbolçuya mütləq ki, yaxşı klublardan dəvət gələcək.

Bəlkə də elə məxsus olduğu Ukrayna nəhəngi "Şaxtyor" özü onun xidmətində maraqlı oldu.

Söhbət heç də onun yalnız Azərbaycan Premyer Liqasındakı performansından getmir. Masazır təmsilçisində icarədə olan vinger bu mövsüm meydana çıxdığı 22 oyunda 11 qol və 7 asistlə yadda qalıb.

Ukraynalı legioner millisində də uğurlu çıxışını, liderlik keyfiyyətlərini göstərməkdədir.

O, son zamanlar davamlı əsas heyətdə yer aldığı gənclər millisində bu dəfə İtaliyadan olan həmyaşıdları ilə yoxlama oyununda baxımlı qolla yadda qalıb.

"10 nömrə" komandasının 1:3 hesabla məğlub olduğu görüşdə yeganə qolunun müəlllifi olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin qola aşağıdakı linkdə baxa bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti