
Ramin Quliyev "Sabah"dan ayrılanda "bu komanda avrokuboklara gedəcək" demişdi.
Bu gün "Sabah" həmin iddianın bir addımlığındadır. Hətta hər şey paytaxt klubunun öz əlindədir. Sona iki tur qalmış dördüncü pillədə gedən "Qəbələ" ilə xal fərqi cəmi 2-di. Son turda da məhz bölgə klubu ilə matç var. İndi qalır belə şansı dəyərləndirmək.
Quliyev münəcccim deyil, sadəcə komandada aça bilmədiyi potensialı görürdü. Əslində bunu çoxumuz görür və deyirdik.
Musayev isə demədi, elədi. Əksinə hələ bir neçə tur əvvəl rusiyalı avrokuboklara getmək perespektivlərinin azlığından ümidsizliklə danışmışdı. Görünür, iz azdırırımış.
Ardıcıl qələbələr, uğurlu oyunlar "Sabah"ı autsayder sırasından liderlər qrupuna kimi gətirdi. Bu gün üçüncü yerlə xal fərqi cəmi 4 xala bərabərdir. Az da ola bilərdi. Əgər məşqçi dəyişikliyi daha erkən gerçəkləşsəydi.
Quliyev komandadakı potensialı gördüyü kimi, uğursuzluq zolağının sonunu da bir qədər tez hiss eləsəydi, bəlkə də bu gün əncəbi çalışdırıcının daha gözəgəlimli nəticələrindən danışırdıq. İlk üçlük uğurunda indikindən də gərgin mübarizəyə şahid ola bilərdik. Ki, "Sabah"da o potensial vardı, amma Quliyevli yox, Musayevli "Sabah"da.
XANOĞLAN İMANOV