“Sabah”ın yeni baş məşqçisi haqda: “Bizə uyğundur”

27 Noyabr 2021 23:20 Sabah 1 072
“Sabah”ın yeni baş məşqçisi haqda: “Bizə uyğundur”

“Oyuna istədiyimiz şəkildə başladıq. Birinci hissəni yaxşı keçirdik.

İkinci hissədəki oyunumuz bizi bir qədər çətinə saldı. Ancaq əsas odur ki, qələbə qazana bildik”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Amin Seydiyev Azərbaycan Premyer Liqasının XII turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Komandasının 2:1 hesablı qələbəsinə bir qolla töhfə verən 23 yaşlı müdafiəçi qələbə qazandıqları üçün sevincli olduqlarını söyləyib.

O, Murad Musayevin baş məşqçi postuna təyinatından sonra uğurlu çıxış etmələrinin səbəbini də açıqlayıb:

“Qol vurduğum üçün təbii ki, sevinirəm. Ancaq əsas qol vurmağım yox, qələbə qazanmağımızdır.

Murad Muysayevin oyun üslubu tam bizə uyğundur. Bu da uğurlu çıxışa kömək edir. Nəticələrimiz də göz önündədir”.

“Sabah” hazırda 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...