
"Sabah”dan ayrılan Bəhlul Mustafazadənin karyerasını BƏƏ-də davam etdirəcəyini məlumat vermişdik.
Mərkəz müdafiəçisinin "Sabah"la müqaviləsinin olmasına görə, yeni klubu "Əl-Əyn" təmsilçimizə təzminat ödəməli olub.
Məbləğin miqdarı haqda mətbuatda təzadlı rəqəmlər yazılır. Hətta təzminatın 1 milyon olması kimi iddia da var.
Bəs görəsən, əsl həqiqət necədir?
Məsələ ilə bağlı "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a bunları dedi:
"Bəli, Bəhlula görə müəyyən məbləğin ödənilməsi nəzərdə tutulub. Lakin konfidensiallığı nəzərə alaraq, məbləğ barədə məlumat verə bilmərəm".