Ramil Şeydayev əvəzedici komandaya niyə göndərilib?

6 Mart 2021 20:20 Sabah 1 321
Ramil Şeydayev əvəzedici komandaya niyə göndərilib?

Bilindiyi kimi, millimizin hücumçusu Ramil Şeydayev "Sabah"ın əvəzedici heyətində yer alıb.

O, bu gün "Qaradağ-Lökbatan"a qarşı keçirilən I Divizionun 16-cı tur matçında meydana çıxıb.

25 yaşlı forvard görüşə start heyətdə başlayıb və 63 dəqiqədə hakimlə dialoqdan sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Şeydayev buna qədər Rusiya, Slovakiya, eləcə də Azərbaycan klubları ilə yüksək liqa oyunlarında iştirak edib.

O, bu mövsüm "Sabah"ın əsas heyətində yerini itirib. Şeydayev geridə qalan 18 turda cəmi 3 qol vurub.

Yığma üzvü öz istəyi ilə “dubl”a göndərilib. O, oyun praktikası qazanması üçün əvəzedici heyətə getməsini lazım bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq