AFFA region komandaları ilə bağlı yeni planından vaz keçdi

16 Oktyabr 2023 09:40 Region Liqası 2 202
AFFA region komandaları ilə bağlı yeni planından vaz keçdi

AFFA Region Liqası ilə bağlı planını dəyişib.

Federasiya çempionatda çıxış edəcək komandalara ayırdığı ümumi vəsaitin miqdarını artırmaq fikrindən vaz keçib.

İştirakçılar yenə əvvəlkitək hər oyuna görə 300 manat alacaq.

Qurum son günlərə görə bu məbləği 500-600 manatadək yüksəltməyi götür-qoy edirdi. Görünür, büdcədə bunun üçün pul tapmaq mümkün olmayıb.

Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

Federasiya növbəti yarışın minimum 35 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Ərgünəş“, “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən”, ”Ümid” (Saatlı), “Hypers“ və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Zəfər 44», «Ərkivan», «VT Gəncə», “Rekord“,“Cürət“, «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, İCBFA, “Ərgünəş“, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti