"Biz bu klubu gözümüzün üstündə saxlamalıyıq" - VİDEO

17 May 2023 19:00 Region Liqası 1 382
"Biz bu klubu gözümüzün üstündə saxlamalıyıq" - VİDEO

"Bu klubun mövcudluğu vacib məsələdir".

Tanınmış futbol eksperti Emin Abbasov "Difai" haqda danışıb.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində yeni yaranmış klubla bağlı düşüncələrini bölüşüb.

"Sabah"ın sabiq idman direktoru bildirib ki, "Difai" tarixi təşkilatın adını daşıyır və Azərbaycanın ictimai-siyasi həyatında böyük rol oynayıb.

Abbasov deyib ki, Region Liqasında mübarizə aparmış komanda II Qarabağ müharibəsinin iştirakçıları və qazilərini təmsil edir və onların növbəti mövsüm I Divizionda iştirakı zəruridir.

Klubun prezidenti Asəf Məlikovun I Qarabağ savaşında ermənilərə qarşı döyüşməsini və qazi olmasını xatırladan ekspert qeyd eləyib ki, o, üzərində böyük missiya daşıyır.

Abbasov əmin olduğunu vurğulayıb ki, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, həmçinin AFFA İcraiyyə Komitəsinin üzvləri "Difai"nin I Diviziona buraxılması müraciətinə həssam yanaşacaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti