
Region Liqasında pley-off mərhələsinə start verilib.
Paytaxt zonasının «A» və «B» yarımquplarını ikinci pillədə başa vurmuş «Difai» ilə «Şirvanovka» Bakıda üz-üzə gəlib.
Qusar təmsilçisi «ASK Arena»nın ehtiyat meydançasında keçirilən matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.
Paşa Əliyevin baş məşqçisi olduğu «Difai»nin yeganə qolunu oğlu Bəhlul Əliyev vurub.
Cavab qarşılaşması martın 25-də Qusarın Şirvanovka qəsəbəsində təşkil olunacaq.
Ondan 3 gün sonra 1/8 final mərhələsinin püşkatma mərasimi olacaq. Bu raunda mübarizə aparacaq 11 komanda məlumdur, sonuncu iştirakçını «Difai» - «Şirvanovka» cütünün qalibi müəyyənləşdirəcək.
SPORTİNFO.AZ