“Kül AFFA-nın başına!” – Azərbaycanda hələ belə klub prezident görünməmişdi

13 İyun 2022 20:40 Region Liqası 4 107
“Kül AFFA-nın başına!” – Azərbaycanda hələ belə klub prezident görünməmişdi

“Xan Lənkəran” rəhbərliyinin AFFA-ya olan qəzəbi soyumayıb.

Cənub təmsilçisinin “İmişli”, “Mingəçevir” və “Araz Naxçıvan”dan fərqli, Birinci Diviziona buraxılmaması klub başbilənlərinin səbr kasasını daşırıb.

“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov indiyə qədər bir neçə dəfə assosiasiyanın ünvanına sərt fikirlər səsləndirməklə yadda qalıb. Lakin o, bu dəfə federasiyaya təhqir yağdırıb.

İyunun 10-da Azərbaycan mini-futbol millisinin Avropa çempionatının finalında Rumıniyanı məğlub etdiyi (1:0) qarşılaşmadan sonra Pərviz bəy “instagram”da canlı yayım açaraq, uğurda əməyi olan futbolçuları təbrik edib.

“Xan Lənkəran”ın hücumçusu Bəxtiyar Soltanovun yığmanın heyətində olması və turnirin ən yaxşısı futbolçusu seçilməsi klub prezidentini bir xeyli həvəsləndirib.

Söz istedadlı futbolçulardan və “ağ-yaşıllar”ın Birinci Diviziondan kənar qalmasından düşəndə, Pərviz bəy özünü saxlaya bilməyib:

“AFFA-nın boynu olsun yerə. Kül AFFA-nın başına! Belə uşaqları Birinci Diviziona buraxmırlar”.

Maraq üçün bildirək ki, “Xan Lənkəran”ın “divizion”da iştirakına icazə verilməyəcəyi halda, rəhbərlik klubun Türkiyədə çıxış edəcəyinə dair mesaj göndərib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti