
“Böyük futbolu yenidən Mingəçevirə qaytardığına görə AFFA prezidenti Rövnəq Abdullayevə, bu işdə böyük pay sahibi olan Elxan Məmmədova və baş katib Sərxan Hacıyevə minnətdarlığımı bildirirəm“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Energetik“in prezidenti olmuş Ruslan Həmidov deyib.
Vaxtilə futbolçu kimi “Energetik”in şərəfini qorumuş, son dönəmlər klubda əsas söz sahibinə çevrilmiş Həmidov assosiasiya rəhbərliyinə təşəkkür edib:
“Futbolu bölgələrə daşıyan hər bir əziyyət sahibinə təşəkkür edirəm. Var olsunlar!”.
Şəhərin eyniadlı komandası 2022/23 mövsümündə I Divizionda “Energetik” yox, “Mingəçevir” adı altında mübarizə aparacaq. ”Mingəçevir” “Energetik”in hüquqi varisi hesab olunur.