Region Liqası: “Hər zonada 1-2 yeni komanda yaradılır”

8 Sentyabr 2021 17:40 Region Liqası 1 808
Region Liqası: “Hər zonada 1-2 yeni komanda yaradılır”

“İndidən say demək düzgün deyil, çünki bu, hər müraciət göndərən komandanın çempionatda iştirak edəcəyi anlamına gəlmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev deyib.

Onun bildirdiyinə görə, Region Liqasına maraq böyükdür:

“Elələri var ki, sadəcə, şərt və tələblərlə maraqlanır. Elələri də var ki, yerli İcra Hakimiyyəti və yə hansısa şirkət tərəfindən dəstəklənmir.

Ona görə də sentyabırın 20-dən tez rəqəm açıqlamağın tərəfdarı deyiləm. Ümumiyyətlə, Region Liqasına maraq böyükdür.

Ötən mövsüm çempionatda iştirak edən əksər komandalar son onlayın toplantıya qatıldı. Hər zonada 1-2 yeni komanda yaradılır.

Paytaxt, şimal və cənub zonalarını xüsusi qeyd edərdim. Onlardan bizə müraciət daxil olub, sadəcə, iştirakın təsdiqlənməsi üçün müvafiq öhdəlikləri yerinə yetirmələrini gözləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı