“Gördüm ki, əsəblərim tab gətirmir, hiss olunmadan çıxdım aradan“

24 Oktyabr 2020 12:16 Qəbələ 947
“Gördüm ki, əsəblərim tab gətirmir, hiss olunmadan çıxdım aradan“

“Bu illər ərzində istər daxili çempionatda, istərsə də avrokuboklarda maraqlı, gərgin oyunlar çox olub“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ“nin baş meneceri Zaur Əzizov deyib.

Təxminən 11 ilə yaxındır əyalət klubunda çalışan funksioner geridə qalan mövsümlər ərzində heç vaxt unutmayacağı ən yaddaqalan oyunu xatırlayıb:

“Mən “doğma divarlar” arasında Tiflis “Dinamo”suna və Sloveniyada “Maribor”a qarşı keçirdiyimiz matçları qeyd edərdim. Sloveniyadakı oyunun 60-cı dəqiqəsində gördüm ki, artıq əsəblərim tab gətirmir.

Həyəcandan və gərginlikdən özümü pis etməyə başlamışdım və bu üzdən hiss olunmadan çıxdım aradan. Oyuna sona qədər baxa bilmədim.

“Dinamo” ilə qarşılaşma isə bizim çox uğurlu marafonun başlanğıcı idi. Ümumi götürdükdə komandanın hər Avroliqa oyunu bizim üçün ayrı bir hekayə idi“.

Digər Xəbərlər
Xəbər Lenti