"Qəbələ"yə öz yuvası şirindir – Gəzməyə Bakı, oynamağa Qəbələ yaxşı

6 İyun 2020 14:50 Qəbələ 558
"Qəbələ"yə öz yuvası şirindir – Gəzməyə Bakı, oynamağa Qəbələ yaxşı

Sportinfo.az xəbər verir ki, "Qəbələ" Azərbaycan Premyer Liqasındakı ev oyunlarını öz meydanında keçirəcək.

Oyunların azarkeşsiz keçirilməsi qərarına baxmayaraq, komanda rəqiblərini Qəbələdə qəbul etməyi lazım bilib.

Müvafiq qərar məşqçilər heyətinin istəyinə əsasən qəbul edilib. Komandaların karantin müddətində "Qəbələ"yə necə gelib-getməsi Peşəkar Futbol Liqasının verəcəyi qərardır.

Nazirlər Kabineti yanında Operativ Qərargah bugündən etibarən Bakı, Gəncə, Sumqayıt, Abşeron və Lənkəranda həftəsonu küçəyə çıxma qadağası qoyub.

"Qırmızı-qaralar" isə paytaxtdakı hazırlıqları tamamlayaraq, 2 gündür Qəbələyə yollanıb.

Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda həftəsonu qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti