"Qəbələ"li məşqçiliyə başladı

18 May 2020 16:42 Qəbələ 488
"Qəbələ"li məşqçiliyə başladı

Futbolçu karyerasını başa vuran “Qəbələ”nin sabiq legioneri Aleksey Antonov məşqçiliyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı ukraynalı keçmiş hücumçu ölkəsində "Çernomorets" ilə anlaşıb.

O, hazırda 1-ci liqada çıxış edən komandada baş məşqçi Sergey Kovaletsin köməkçisi olacaq. Bu barədə Antonov Ukrayna mətbuatına özü məlumat verib.

2015-2016-cı illərdə “Qəbələ”də çıxış edən Antonov 2013-2014 mövsümünü "Çernomorets"də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti