”Qəbələ”nin sabiq baş məşqçisi: "Sualı onlara verin"

15 May 2020 15:46 Qəbələ 483
”Qəbələ”nin sabiq baş məşqçisi: "Sualı onlara verin"

“Lokomotiv”dən istefaya göndərilən “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Syomin istefası ilə bağlı geniş danışmayıb.

Amma üstüörtülü də olsa, klub rəsmilərini ittiham edib. O, imkan olsa, mətbuat konfransı keçirəcəyini deyib: “Suallarınızı mənə yox, Meşeryakova verin, ona zəng edin. Mən heç nə deyə bilmərəm.

Saytda mənə güc, sağlamlıq, uğur arzulayıblar. Onlara cavab verməyə lüzum yoxdur. İmkan olan kimi mətbuat konfransı keçirəcəyik”.

Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də əldə edib.

O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında işlədiyi vaxt isə Syomin çempionluq və Superkubok titullarına sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti