COP29

"Desək ki, onların durumu idealdır, yalan danışmış olarıq"

27 Aprel 2020 20:40 Qəbələ 555
"Desək ki, onların durumu idealdır, yalan danışmış olarıq"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a müsahibə verib.

- Artıq ikinci aydı evdəsiniz. Hazırkı vəziyyətə uyğunlaşa bilmisiniz, yoxsa hələ də çətindir?

- Yox, çox ağırdı. Belə vəziyyət tək idmançılara yox, elə sıravi vətəndaşlar üçün də çətindi.

- 5 maydan etibarən klubların məşqlərə başlamaq ehtimalı yüksəkdir. Ümumiyyətlə çempionatın gələcək taleyi ilə bağlı PFL-dən kluba hansısa məlumat verilibmi?

- Az əvvəl klubdan bizə bu haqda məlumat verildi. PFL artıq qərar verib ki, karantin müddəti başa çatandan sonra bir problem çıxmasa çempionat bərpa olunacaq. Biz də bu qərara uyğun plan qurub, qarşıdakı oyunlara hazırlaşacağıq.

- Futbolçular formada qalmaq üçün fərdi məşqlər edirlər. Bu nə dərəcədə gələcəkdə komanda oyununa faydalı ola biləcək?

- Futbol kollektiv oyundu. Burda oyunçuların taktiki, texniki cəhətdən bir-biri ilə anlaşmasını fərdi məşqlərlə tonusda saxlamaq olmaz.

- Komandanın forma yığması üçün nə qədər zaman lazım olacaq?

- Bütün komandalar eyni durumdadır. Maksimum çalışmaq lazımdır ki, futbolçuları əvvəlki ritmə qaytara bilək.

- Mayda müqaviləsi bitəcək futbolçulardan yolları ayrımaq istədiyiniz kimlərsə var?

- Bu barədə hələ düşünməmişəm. Çempionatın qalan dönəmin komanda şəkilində layiqli çıxış etməyə çalışacağıq.

- Bu vəziyyət əcnəbi futbolçular üçün daha çətindir. Düşünmürsünüz ki, onlar üçün psixoloji çəhətdən problemlər yaşana bilər?

- Mütəmadi olaraq hamısı ilə əlaqədə oluruq. Əlbəttə, çətindir. Desək ki, durumları idealdı, yalan danışmışıq olarıq. Bəli, psixoloji olaraq hamıya təsiri var. Hər biri ömürlərin futbola veriblər. İnanıram ki, yaşıl meydanlara qayıdandan sonra hazırkı stresi aradan qaldıra biləcəklər.

- Başverənlərdən sonra futbol əvvəlki ritminə qayıda biləcəkmi?

- Futbol böyük azarkeş kütləsinin sevimli idman növüdür. İnanıram ki, elə azarkeşlərin sevgisi ilə futbol. əvvəlki ritminə qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!