"Qəbələ" kimdən vaz keçsə də, onlardan imtina etmədi!

31 Mart 2020 10:38 Qəbələ 763
"Qəbələ" kimdən vaz keçsə də, onlardan imtina etmədi!

“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib.

Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub. Legionerlər arasında Merab Qiqauri, Fernan Lopez və Klesio Bauk daha çox – 18 matçda şans qazanıb. Daha iki oyunçu Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.

Komandanın qollarına 9 oyunçu imza atıb. Keçirilən 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdur. Onun hesabında 5 top var.

Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopezlə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib.

Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedir (“Neftçi”).

Futbolçu, oyun, dəqiqə, qol, sarı, qırmızı

Amin Seydiyev - 19, 1710, 1, 4, 0

Qismət Alıyev - 19, 1661, 1, 3, 1

Merab Qiqauri - 18, 1589, 0, 7, 0

Klesio Bauk - 18, 1486, 0, 2, 0

Fernan Lopez - 18, 1478, 3, 7, 1

Rövlan Muradov - 18, 983, 4, 3, 0

Ülvi İsgəndərov - 18, 780, 3, 3, 0

İvitsa Juniç - 17, 1505, 2, 3, 0

Anar Nəzirov - 15, 1313, 21, 4, 1

Davit Volkov - 14, 1182, 5, 1, 0

Yusif Nəbiyev - 14, 1068, 0, 0, 0

Asif Məmmədov - 13, 963, 0, 3, 1

Roman Hüseynov - 13, 797, 1, 3, 0

Sadiq Quliyev - 9, 529, 0, 3, 0

Murad Musayev - 8, 542, 0, 1, 0

Tərlan Əhmədli - 7, 485, 14, 1, 0

Rasim Ramaldanov - 5, 400, 0, 1, 0

Ehtiram Şahverdiyev - 5, 183, 0, 0, 0

Nikolas Raysel - 4, 271, 4, 2, 0

Abdelrafik Jerar - 4, 206, 0, 1, 0

Faiq Hacıyev - 4, 145, 0, 2, 0

Digər Xəbərlər
Xəbər Lenti