"Qəbələ"nin Qismətində nə var, nə yox?

25 Mart 2020 15:18 Qəbələ 649
"Qəbələ"nin Qismətində nə var, nə yox?

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları “Qəbələ”də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində çıxışını davam etdirən iki futbolçu “20-lik”də yer alıb.

Onlardan biri – klubumuzun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu “20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.

İndiki heyətdə rekordçu Asif Məmmədovdur. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.

Siyahıya 220 oyun keçirən Urfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadır. “20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.

Ən çox oyun keçirən 20 futbolçu

1. Urfan Abbasov - 220

2. Dmitri Bezotosnı - 166

3. Dodo - 161

4. Asif Məmmədov - 143

5. Vojisıav Stankoviç - 142

6. Elvin Camalov - 141

7. Viktor Mendi - 127

8. Samir Zərgərov - 122

9. Cavid Hüseynov - 117

10. Rafael Santos - 104

11. Pavel Doroşev - 99

12. Abdulkader Kamara - 97

13. Azər Həşimov - 95

14. Rəşad Sadiqov - 91

15. Lyubo Baranin - 90

16. Əli İsmayılov - 82

17-18. Qismət Alıyev - 80

Sergey Zenyov - 80

19. Vitali Vernidub - 78

20. Filip Ozobiç - 74

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"