"Qəbələ" birini göndərib, digərini saxladı

26 Yanvar 2020 15:35 Qəbələ 1 035
"Qəbələ" birini göndərib, digərini saxladı

"Qəbələ" baxışa çağırdığı legionerlərdən biri haqda qərar verib. Antalya toplanışına dəvət olunan braziliyalı futbolçu Kayo Manuel bəyənilməyib.

Bu barədə Sportinfo.az-a açıqlamasında klubun meneceri Zaur Əzizov məlumat verib, onun sözlərinə görə, 22 yaşlı hücumçunun hazırkı durumu baş məşqçi Elmar Baxşıyevi qane etmədiyindən Portuqaliyanın aşağı dəstə təmsilçisi "Maçao"dan gələn forvard geri qayatarılıb.

Əzizov bildirib ki, baxışda olan digər futbolçu Yaovi Akakpo barəsində isə yaxın 2 gündə yekun qərar veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"