Ərəblər ŞİRNİKLƏNDİRDİ, braziliyalı hücumçu Azərbaycan klubuna arxa çevirdi

3 İyun 11:40 Qəbələ 4 355
Ərəblər ŞİRNİKLƏNDİRDİ, braziliyalı hücumçu Azərbaycan klubuna arxa çevirdi

Son iki mövsümü Azərbaycanda keçirən Ramon Maçado Ərəbistan yarımadasından təklif alıb.

Ölkəmizdə öncə «Neftçi»nin, ardınca «Qəbələ»nin formasını geyinən braziliyalı hücumçuya 3 ərəb ölkəsinin klubundan dəvət gəlib.

Belə ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan komandalar «sambaçı» ilə əlaqə qurub, onu öz şərtləri ilə tanış ediblər.

«Qəbələ»də aylıq qazancı 8000 dolları ötməyən cənubi amerikalı forvard yarımadaya yollanarsa, buradakından iki dəfə çox gəlir əldə eləyəcək.

Ərəblərin çağırışı Maçadonu iştaha gətirib. O üzdən «qırmızı-qaralar»ın müqaviləni uzatmaq arzusu gözündə qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!