Bölgə klubunun liderlərindən xəbər var - Biri qayıtdı, digəri isə...

26 Yanvar 2023 19:40 Qəbələ 659
Bölgə klubunun liderlərindən xəbər var - Biri qayıtdı, digəri isə...

"Qəbələ" mövsümün ikinci yarısına uğursuz start verdi.

Komanda autsayder "Kəpəz"lə matçda bərabərə qalaraq (2:2) vacib iki xal itirdi.

"Qırmızı qaralar" xal itkisi ilə bərabər, həm də vacib futbolçularından olan Ramon Maçadonun zədələnməsinə üzüldü.

Braziliyalı legioner bu səbəbdən ilk hissənin sonunlarında yerini Ülvi İsgəndərova verməli oldu.

Kapitan Asif Məmmədov isə zədə səbəbindən 90 dəqiqəni ehtiyat skamiyadan izləməli oldu.

Hər iki oyunçunun son durumu ilə bağlı saytımıza açıqlama verən komandanın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bunları deyib:

"Asif Məmmədov bərpa məşqlərinə başlayıb. Ramon Maçado isə bu gün MRT müayinəsindən keçəcək. Yəqin ki, bir gün sonra onunla bağlı duruma tam aydınlıq gələcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda