"Qəbələ"dən İsnik Alimi ilə bağlı iddialara REAKSİYA

22 Yanvar 2023 23:20 Qəbələ 937
"Qəbələ"dən İsnik Alimi ilə bağlı iddialara REAKSİYA

İsnik Aliminin "Qəbələ"dən ayrılması gözlənilmir.

Bu barədə bölgə təmsilçisindən saytımıza məlumat verilib.

Bildirilib ki, onunla bağlı kluba heç bir rəsmi təklif daxil olmayıb.

Xatırladaq ki, son günlər mətbuatda
Şimali makedoniyalı yarımmüdafiəçiyə Bolqarıstanın "Levski" klubundan ciddi maraq olması barədə iddialar var.

28 yaşlı futbolçu 2021-ci ildən “Qəbələ”nin şərəfin qoruyur.

O, arxada qalan müddətdə meydana çıxdığı 55 matçda 17 qol, 7 assistlə yadda qalıb.

Aliminin "qırmızı qaralar" ilə müqaviləsi mövsümün sonu başa çatacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti