
“Qəbələ” Misli Premyer Liqasının 2022/23 mövsümünə avqustun 8-də start verəcək.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” 1-ci turun son görüşündə “Turan Tovuz”la qarşılaşacaq.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri oyunun hazırlığını bugünkü məşqlə başa vurub.
Komanda bu gün matçın keçiriləcəyi Tovuza yola düşəcək. “Qırmızı-qaralar” son məşqlərini Tovuz şəhər stadionunda gerçəkləşdirəcək.
Avqustun 8-də baş tutacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.