“Qəbələ” yeni transfer etdi, elə sözlər eşitdi ki... “Buna etiraz edirəm”

24 May 2022 20:00 Qəbələ 1 538
“Qəbələ” yeni transfer etdi, elə sözlər eşitdi ki... “Buna etiraz edirəm”

Növbəti avrokubok mövsümündə ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” güclənmə əməliyyatına start verib.

Bölgə təmsilçisinin ilk transferi İlkin Qırtımov olub.

“Şamaxı”dan ayrılan 32 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

“Qəbələ” yay fasiləsinin ilk transferini sosial şəbəkə hesablarında paylaşıb ki, Qırtımovun “qırmızı-qaralar”a keçidi heç də xoş qarşılanmayıb.

Bölgə təmsilçisinin azarkeşləri İlkinin transferindən məyusluğunu müxtəlif əsaslarla dilə gətirib:

“Daha “Sabah” gedirdə də Konfrans Liqasına”.

“Lazım deyildi, amma yenə də xeyirli olsun”.

“Ürfan Abbasov xeyli vaxt müalicə olunacaq deyə alıblar. Məncə, bunun yerinə Rüfət Əhmədov, Məqsəd İsayev və ya əvəzedici heyətdən kimsə oynasaydı daha yaxşı olardı”.

“Çox nahaq yerə”.

“Günah bunda deyil, “Qəbələ” rəhbərliyindədir. Azarkeşləri dolayıblar lap”.

“Komandaya güc qatacaq transfer deyil”.

“Çox pis! “Qəbələ” azarkeşi kimi bu transferə etiraz edirəm. “Şamaxı”nın artığı bizə lazım deyil. Oynayan idisə elə orada oynayardı da”.

“İndi buna da buraxacaqsınız avrokubok oyununa, hə?”

“İlkin Qırtımov kimi yararsız oyunçudansa elə akademiyadan gəncləri gətirib şans verərdiniz. Çox pis və yersiz transferdir”.
“Ay da...”

İlkin Qırtımov 2009-2015-ci illər aralığında “Simurq”un, 2015-2018 və 2019-2022-ci illər aralığında “Şamaxı”nın, 2018-ci ildə “Neftçi”nin, 2018-19 mövsümündə isə “Zirə”nin şərəfini qoruyub.

Azərbaycan millisinə də dəvət alan müdafiəçi 2014-cü ildən dəvət aldığı yığmada 5 oyunda meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!