“Bəlkə də onlar bunu çox istəmirlər - Azərbaycanda çempionat daha…”

13 Yanvar 2022 20:20 Qəbələ 851
“Bəlkə də onlar bunu çox istəmirlər - Azərbaycanda çempionat daha…”

“Roman Qriqorçukla Azərbaycanda, “Qəbələ”də də çalışmışam. Orada Avropa Liqasının qrupuna düşdük”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq legioneri Aleksey Antonov deyib.

Ukraynalı hücumçu vətənində verdiyi müsahibədə Azərbaycan futbolu və buradakı baş məşqçisi Roman Qriqorçukdan da danışıb:

“Bu dəfə onunla çalışmaq daha asan idi. Çünki tələblərini bilir, özünü tanıyırdım.

Azərbaycan çempionatı pis turnir deyil. Hamı futbol oynamağa çalışır. Bütün komanda ilə müdafiəyə çəkilib,

1-2 əks-hücum imkanı gözləyib, sonra vurulan qola sevinən komandalar yoxdur. Hamı futbol oynamaq istəyir.

Azərbaycanlılar özləri texnikalıdır. Topla oynamağı sevirlər. Azərbaycan çempionatının yeganə mənfi məqamı süni meydançalardır.

Meydanların yarısı sünidir. Düşünürəm ki, buna səbəb hava şəraitidir. Yayda çox istidir. Qışda soyuq olmasa da, nisbətən sərin olur.

Meydançalara qulluq olunmalıdır. Bəlkə də onlar bunu çox istəmirlər. Azərbaycanda çempionat daha kompaktdır”.

Antonov Azərbaycan və Qazaxıstan futbolundakı pulları da müqayisə edib: “Yəqin ki, Qazaxıstanda mükafatların məbləği böyükdür”.

Digər Xəbərlər
Xəbər Lenti