"Bu, bizim üçün stimul idi"

23 Noyabr 2021 17:00 Qəbələ 932
"Bu, bizim üçün stimul idi"

"Sumqayıt" komandası ilə çox ağır oyun keçirdik".

Bunu Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 10-cu turunda "Sumqayıt"ı məğlub edən (2:1) "Qəbələ"nin qapıçısı Nicat Mehbalıyev deyib.

Gənc qolkiper rəqibin əzmkar komanda olmasını xüsusi vurğulayıb:

"Doğma meydanda azarkeşlərimizin böyük dəstəyini hiss etdik. Bu, bizim üçün əlavə stimul idi. Amma rəqibin necə əzmkar komanda olduğunu çempionatdakı bütün rəqiblər bilir.

Baş məşqçimiz də oyundan əvvəl çempionatın ən əzmkar komandasına qarşı oynayacağımızı demişdi.

Şükürlər olsun ki, belə ağır oyundan qələbə ilə ayrıldıq. 3 xal bizim üçün çox vacib idi. Bu qələbə ilə həm də tunir cədvəlində öz yerimizi qorumuş olduq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"