"Qəbələ"də daha bir problem yarandı – Bu da oldu üç…

19 Noyabr 2021 14:40 Qəbələ 891
"Qəbələ"də daha bir problem yarandı – Bu da oldu üç…

"Qəbələ" zədə epidemiyasından əziyyət çəkir.

Əyalət klubunun daha bir futbolçusu əməliyyat olunub.

Rüfət Əhmədovla Yaovi Akokpodan sonra Kristof Atanqana-Assimba da cərrah masasına qalxıb.

Məşqdə zədə alan kamerunlu qapıçının dizi sıradan çıxıb. Bakıda yerləşən özəl klinikaların birində «menski» əməliyyatı keçən 21 yaşlı kiper hazırlığa yalnız gələn aydan başlaya biləcək.

Bölgə təmçilçisi yayda onunla 2 illik müqavilə imzalayıb. İspaniya vətəndaşlığı da olan qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib.

Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo”nun formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!