"90 dəqiqə meydanda olsam..." - Bombardirdən iddialı açıqlama

19 Oktyabr 2021 16:00 Qəbələ 813
"90 dəqiqə meydanda olsam..." - Bombardirdən iddialı açıqlama

"Çətin və maraqlı oyun oldu. Hər iki tərəf də sürətli hücumlar qururdu".

Bunu Sportinfo.az-a açıqlamasında "Zirə" ilə matç haqqında danışan "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

1-1 hesablı bərabərliklə başa çatan qarşılaşmada komandasının yeganə qolunu vuran forvard üzgündür. Səbəbini özündən eşidin:

"Belə bir görüşdə fərqlənməyim məni sevindirir, amma daha çox çalışmalıyam. Çünki başqa qol epizodlarım olsa da fərqlənə bilmədim. Növbəti oyunlarda belə şanslarımı dəyərləndirməyə çalışacam".

Ülvi bu mövsüm arxada qalan 7 turda 4 dəfə rəqib torunu silkələyib.

Maraqlısı odur ki, hər dörd halda da o bunu ehtiyatdan oyuna qoşularaq edib. Görəsən, bu bir təsadüfdür, yoxsa ehtiyatdan meydana çıxmaq ona daha rahatdı?

"Yox, təsadüf deməzdim. Əlimə düşən fürsətlərdən maksimum yararlanmaq istəyirəm. Şükürlər olsun ki, bu, alınır. Özümə güvənirəm. Məncə, 90 dəqiqə meydanda olsam, yenə də qollar vura bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu