"Qəbələ"nin işləri indi yağ kimi gedir, amma…

27 Sentyabr 2021 13:00 Qəbələ 603
"Qəbələ"nin işləri indi yağ kimi gedir, amma…

Beş tur keçib, «Qəbələ» liderdir. Mövsümqabağı bu mövzu müzakirəyə çıxarılsaydı,

Elmar Baxşıyevin komandasına şans verən olmazdı.

Əksər mütəxəssislər «Qəbələ»nin ilk həftələrdən etibarən turnir cədvəlinin son pillərində qərarlaşacağına dair proqnozlar səsləndirərdi.

Bölgə klubu məğlubiyyətsiz oyunlar seriyasına Sumqayıtı da əlavə etdi. Hər hissədə qol epizodlarını sağa-sola xərcləyib, qələbənin qapısından döndülər.

Onunla belə, səfərdən narazı dönmədilər. «Buna da şükür» dedi sonda Baxşıyev.

Aktivində 3 qol olan Ülvi İsgəndərli daha tez meydana çıxsaydı, «Sumqayıt»ın problemlərinin sayı artacaqdı. Omar Haninin texnikasıı əla, sürəti yüksəkdir.

Hələlik iordaniyalı yarımmüdafiəçi hələ ideal formadan uzaqdır. Qoy, bir hissə oynasın, artığına gücü çatmır.

Ülvi hər oyunun xilaskarı ola bilməz, ona 25-30 dəqiqə yox, daha çox vaxt vermək gərəkdir.

«Qəbələ» mövsümə əla start götürüb, yaxşı olar ki, Elmar Baxşıyev rəqiblərə baxışında düzəlişə getsin. Hamıya eyni cür yanaşmaq qüsurlu strategiyadır.

Bütün komandalar «Səbail» kimi orta sahədə açıq vermir. Yaxud «Keşlə» kimi müdafiədə «konsert proqramı» ilə çıxış etmir.

Bunun «Sumqayıt»ı var, «Qarabağ»ı var, ikinci, üçüncü, hətta dördüncü dövrəsi var.

Yoxuşdan aşağı yuvarlanmamaq üçün ehtiyatlı tərpənmək şərtdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti