“Qəbələ“nin buna maddi imkanı çatmadı – Lap axıra qaldı…

23 Sentyabr 2021 09:40 Qəbələ 1 198
“Qəbələ“nin buna maddi imkanı çatmadı – Lap axıra qaldı…

“Qəbələ”nin zədəli legionerinin durumuna aydınlıq gəlib.

Klubun saytının yaydığı xəbərə görə, Premyer Liqanın IV turunun “Səbail”lə ev qarşılaşmasında (5:0) zədələndiyi üçün əvəzlənən Yaovi Akakpo müayinədən keçib.

Toqolu yarımmüdafiəçinin zədəsinin ağır olduğu aşkarlanıb. Ön çarpaz bağları qırılan gənc oyunçu yaxın günlərdə əməliyyat olunacaq.

Akakponun bərpa müddəti və meydana qayıdacağı əməliyyatdan sonra dəqiqləşəcək. İlkin ehtimallara görə, Yaovi ən azı 6 aydan sonra meydanlara dönə biləcək.

Klubun yaydığı açıqlama real vəziyyəti tam əks etdirmir. Cari mövsüm 2 qol vuran afrikalı mövsümün axırınadək forma geyinməyəcək.

Yəni, onun problemi göründüyündən daha ciddidir. Toqolu Almaniya və ya Türkiyədə əməliyyat olunmasını istəyib.

Amma “Qəbələ“nin buna maddi cəhətdən gücü çatm ır. Güman ki, o, elə Bakıda cərrah masasına qalxacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"