"Belə durumda komandanı motivasiya eləmək çətindir" - Elmar Baxşıyev

19 May 2021 20:40 Qəbələ 1 146
"Belə durumda komandanı motivasiya eləmək çətindir" - Elmar Baxşıyev

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu turunda "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, matçla bağlı bunları deyib: “Mövsümün son oyunu idi. Komandanı bu durumda - iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir. Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı. “Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyunundan və yanaşmasından razı qaldım”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!