“Qəbələ”nın yaşayıb-yaşamayacağı bilindi – AFFA-dan XƏBƏR GƏLDİ

8 Aprel 2021 13:00 Qəbələ 1 186
“Qəbələ”nın yaşayıb-yaşamayacağı bilindi – AFFA-dan XƏBƏR GƏLDİ

AFFA “Qəbələ”nin gələcəyi ilə bağlı əsas suala aydınlıq gətirib.

Sportinfo.az-ın məlumatına görə, bölgə klubu fəaliyyətini gələn mövsümdə də davam etdirəcək.

Federasiya ilə SOCAR arasında aparılan uzun-uzadı məsləhətləşmələrdən sonra əyalət təmsilçisinə vəsait ayrılması qərara alınıb.

“Qəbələ” ötən yaydan etibarən neft şirkətindən maddi dəstək alır. Bu, AFFA İcraiyyə Komitəsinin qərarı ilə rəsmiləşdirilib.

“Qırmızı-qaralar”a ödənilən illik məbləğ 1,5 milyon manatdır. Bu pul aylar üzrə bölünüb.

Digər Xəbərlər
Xəbər Lenti