"Tvitter"də yazdı: "Qarabağ"ı udduq, indi ikiqat xoşbəxtəm"

30 Oktyabr 2020 11:48 Qarabağ 836
"Tvitter"də yazdı: "Qarabağ"ı udduq, indi ikiqat xoşbəxtəm"

"Vilyarreal"ın futbolçusu Alfonso Pedraza Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusu "Twitter"də matç barədə fikirlərini bölüşüb.

90 dəqiqə meydanda olan ispaniyalı oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".

Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq