"Mənə dedi, "tez-tez gəlmə, imkan ver, kassada pul yığılsın"

26 Oktyabr 2020 14:08 Qarabağ 1 173
"Mənə dedi, "tez-tez gəlmə, imkan ver, kassada pul yığılsın"

2009-2010-cu illərdə "Qarabağ"ın formasını geyinmiş Zaur Ramazanov "Futbol+"ə burada başına gələn maraqlı hadisədən danışıb.

Sportinfo.az ötənlərin tanınmış hücumçusunun həmin olayla bağlı dediklərini təqdim edir:

"Qarabağ"la müqavilə bağlayanda razılaşdıq ki, "podyomnı"nı iki dəfəyə alacam. Bir neçə gün sonra rəhbərlik çek verib göndərdi "Azərsun"un ofisinə. Kassir İran azərbaycanlısı idi.

Çeki uzadanda bir məbləğə baxdı, bir də mənə. Məni bir qədər süzüb, heç nə demədən başladı pulu torbaya yığmağa. Torbanı götürüb kassadan uzaqlaşanda, hiss etdim ki, qardaş çölə çıxıb arxamca baxır.

7-8 gün sonra pulun qalan hissəsini almaq üçün yenə çek verib göndərdilər kassaya. Çeki ona uzadanda iranlı məbləği görüb bu dəfə özünü saxlaya bilməyərək "baba, sən orada nə mənəsən, bir həftədən bir gəlib kassanı soyub gedirsən. Sən Hakan Şükürsən, Maradonasan, Pelesən" soruşdu.

"Zaur Ramazanovam" deyincə, gözləri bərəldi. Kassir elə bilirmiş, əcnəbi futbolçuyam. Pulu alıb çıxanda, dedi ki, "baba, belə tez-tez gəlmə, imkan ver, kassada pul yığılsın".

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu