
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Norveç "Molde"sinin kapitanı Maqnus Eykrem zədəsini sağaldıb.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə sabahkı oyuna tam hazırdır.
Norveçli futbolçu turnirin II təsnifat mərhələsinin Sloveniya "Tselye"si ilə səfər matçında (2:1) topuğundan zədə almışdı.
Kiprin Larnada şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.