Musa Qurbanlı çıxış etdiyi "Yurqorden”dən yay "transfer pənrəcəsi"ndə ayrılacaq.
Paytaxt təmsilçisi 22 yaşlı forvardın gedişinə razıdır.
İsveç mətbuatında "Yurqorden"in bu yay satılacağı təqdirdə, Musa Qurbanlı üçün tələb edə biləcəyi məbləği açıqlayıb.
"Fotbolldirekt" portalı xəbər verir ki, "Yurqorden" 9-10 milyon İsveç kronu (təxminən 1,4-1,5 milyon manat) müqabilində onu buraxmağa hazırdır.
Klub istədiyini almasa, Qurbanlını maksimum icarəyə verəcək. Həmçinin isveçlilərin iddiasın əsasən, "Qarabağ" gənc forvardın qayıdışına çarə tapmaq üçün əlindən gələni edir.
22 yaşlı gənc ötən yay Azərbaycan çempionunu İsveç klubuna dəyişib. Onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
Musanın atasının çalışdırdığı kollektivə dönəcəyi barədə ilk xəbəri saytımız yayıb. Bir neçə həftə öncə bu haqda oxucularımızı məlumatlandırmışıq.
Hazırda proses son mərhələdədir. «Qarabağ» 500 min dollara satdığı hücumçunu icarəyə götürmək fikrindədir.
Stokholmlular bu variantı gözləməyə alıb. İsveçlilər Qurbanlıya görə başqa təkliflər gələcəyini düşünür.
Belçika və Avstriyanın yüksək, Almaniyanın II Liqasından, həmçinin Polşadan bir neçə komanda Qurban Qurbanovun oğluna maraq göstərir.
SPORTİNFO.AZ

