"Qarabağ"ın əsas heyət oyunçusuna daha bir müştəri çıxdı

17 May 2024 01:10 Qarabağ 2 338
"Qarabağ"ın əsas heyət oyunçusuna daha bir müştəri çıxdı

Moskva "Dinamo"su "Qarabağ"ın 32 yaşlı qapıçısı Andrey Lunyovun xidmətində maraqlıdır.

Sportinfo.az Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, bu barədə jurnalist İvan Karpov özünün Telegram kanalında yazıb.

Bildirilir ki, bu yay paytaxt təmsilçisinin qapı mövqeyinə gətirmək istədiyi əsas futbolçu məhz Lunyovdur.

Daha əvvəl Rusiya mediasında Andrey Lunyovun "Krılya Sovetov"a keçə biləcəyinə dair də xəbər yayılıb.

32 yaşlı qapıçının "Qarabağ"la 1+1 illik müqaviləsi var. Ağdam klubundan daha əvvəl bildirilib ki, "Qarabağ" istəməyəcəyi təqdirdə Lunyov bu mövsümün sonu heç bir kluba keçə bilməz.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq