"Yalandır" yazdı - FOTO

15 May 2020 20:00 Qarabağ 658
"Yalandır" yazdı - FOTO

"Erzurumspor"un qapıçısı İbrahim Şehiç koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, şəxsi "Facebook" hesabında paylaşım edən bosniya və herseqovinalı qolkiper bunun yalan olduğunu yazıb.

32 yaşlı qolkiper qeyd edib ki, səhhəti yaxşıdır: "Koronavirus? Bu, yalandır. Mən yaxşıyam".

İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun "Erzurumspor"la müqaviləsi bu ilin yayınadəkdir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq