"Sonda bir top vurub, qazanarıq" düşüncəsi "Qarabağ"ı uçuruma aparır

3 Mart 2020 17:02 Qarabağ 870
"Sonda bir top vurub, qazanarıq" düşüncəsi "Qarabağ"ı uçuruma aparır

Fasilədən sonra qələbələrlə növbəti çempionluğunu faktiki təmin edən "Qarabağ"ın boş tribunalar önündə oyunlara köklənməsi çətin olur.

Hətta Beqoviç, Almeyda, Kintana kimi vazkeçilməz legionerlərini itirən komandanın qarşısında rəqiblər qapanır, qorxaq futbola üstünlük verilir.

"Sabah"ın xorvatiyalı baş məşqçisinin "açıq futbol sərgiləsək, biz də «Zirə» kimi 6 top buraxarıq" deməsi «Qarabağ»dan necə çəkindiklərinin bariz nümunəsidir.

Yerli məşqçi önündə bu sözləri deməyəmi gətirilib xorvat? Müdafiəyə qapanaraq da, 5-6 top buraxıla bilərdi. Özünün də etiraf etdiyi kimi, Saşa Stamenkoviç kimi qapıçıya «sağ ol» desinlər.

Saşa "Qarabağ"la oyunlara vaxtilə rəqabət apardığı, qələbələr, çempionluqlar qazandığı "Neftçi"lı kimi çıxır. Bunu dərk etmək lazımdır.

"Sabah" öz büdcəsinə, şəraitinə görə hazırda ilk üçlükdə qərarlaşmalı idi. Həyətdə kifayət qədər ödənişli futbolçular yer alıb.

Jeoko Sopiç bu matçda 1 xal hədiyyəsinə görə qapıçı ilə yanaşı, hakimlərə də təşəkkür etsəydi, məntiqli, səmimi olardı.

"Qarabağ" özlərində güc tapıb, oyunlarda dönüş yaratmalıdır. Arxayınlıqdan, rəqiblərin zəifliyindən doğan monoton, orta temdə oyun tərzi, "sonda bir top vurub, qazanarıq" düşüncəsi ağdamlıları gec-tez büdrədə bilər.

Futbolçular artıq tam bərpa olunub formalarını yığıblar. Müdafiədən oynayan komandalara qarşı nə qədər çətinlik yaransa da, sürəti, tempi qaldırmaqla onları çaş-baş salmaq olar.

"Səbail"lə son dəqiqələrdəki qələbə qolu, "Sabah"a vurulan qolun sayılmaması ağdamlılar üçün siqnal olmalıdır. Bu oyunda verilməyən penalti, ofsaydlar, sadəcə, hakimlik adına biabırçılıqdır.

Xayme Romeronun vurduğu qolda ofsayd olmadığı qədər, "oyundan kənar" oyun idi. İndən belə "Qarabağ" daha diqqətli olmalıdır, "Sabah" isə iddiasını işıqlı sabahlara daşımaq üçün önəmli addımlar atmalıdır.

Özünə, gücü inanaraq, meydana çıxmamalıdır. Çünki bu komandada kifayət qədər yaxşı futbolçular cəmləşib və Sopiç bura gec gəldiyi üçün onlara uyğun taktika qurmalıdır. «Vur qabağa» devizi ilə bir-iki oyunu udmaq olar, mövsümü qurtarmaq yox.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!