Qurbanovun köməkçisi İspaniyada daha 2 futbolçu bəyəndi

20 Yanvar 2020 20:02 Qarabağ 2 246
Qurbanovun köməkçisi İspaniyada daha 2 futbolçu bəyəndi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun maraq dairəsində olan futbolçuları izləmək üçün İspaniyaya göndərdiyi Elçin Rəhmanov artıq komandanın Antalyadakı düşərgəsinə qayıdıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, sözügedən ölkədə La Liqa və Sequndanın oyunlarını izləyən köməkçi-məşqçi daha 2 futbolçunun adını xüsusi qeyd edib. Rəhmanovun bəyəndiyi oyunçulardan biri qapıçı, digəri isə yarımmüdafiəçidir.

Hər ikisi ilə danışıqları davam etdirən Azərbaycan çempionu daha çox orta sahə oyunçusu ilə anlaşmağa yaxındır. Klubla razılığa gələn "Qarabağ" hazırda oyunçunun özündən xəbər gözləyir.

Futbolçu ailə üzvləri ilə məsləhətləşdikdən sonra qərar verəcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti