"Qarabağ"dan getdi, karyerasını bitirməyə hazırlaşır

18 Yanvar 2020 19:00 Qarabağ 989
"Qarabağ"dan getdi, karyerasını bitirməyə hazırlaşır

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak karyerasını bitirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə polşalı müdafiəçi ölkəsinin mətbuatına müsahibəsində deyib. 34 yaşlı futbolçu ən gec gələn il futbolla vidalaşacağını bildirib:

"Futbol mənim üçün hər şeydir. Amma artıq 34 yaşım var, sona yaxınlaşıram. "Visla" ilə 6 aylıq müqaviləm qalıb. Müddəti daha 1 il uzada bilərik. Görək, səhhətim və formam buna imkan verəcəkmi. May ayında, yəqin ki, klubun direktoru Marek Yuzvyakovla danışıb, bütün suallara aydınlıq gətirəcəyik".

Kuba Plotsk təmsilçisinə keçdiyi üçün peşman deyil: "Bakını Plotska dəyişməyimdən razıyam. İşlərimiz qaydasında gedir"

Digər Xəbərlər
Xəbər Lenti