“Qarabağ”dan ayrıl, 1 milyon avro cibinə qoy! - ŞƏRT/TƏKLİF

18 Yanvar 2020 19:55 Qarabağ 1 539
“Qarabağ”dan ayrıl, 1 milyon avro cibinə qoy! - ŞƏRT/TƏKLİF

“Qarabağ”ın Antalyada ilk məşqə Dani Kintanasız çıxdığını xəbər vermişdik.

2015-dən bəri “Qarabağ”ın formasını geyən hücumameylli yarımmüdafiəçi Çindən aldığı sərfəli təklif üzərində düşünməkdədir.

İspanın martda 33 yaşını tamamlayacağını nəzərə alsaq, burada qəribəlik axtarmağa dəyməz. Təbii ki, ortada klubun maraqları da var.

Sərfəli təklifi, yəni, Ağdam klubundakından təxminən iki dəfə artıq qazanmaq imkanını qaçırmaq istəməyən Kintananın mövqeyi aydındır. Amma “Qarabağ” da onun getmək istəyinə bəlli səbəbdən normal yanaşır.

Yəni, müqavilə müddəti bitəndən - 5 aydan sonra Dani havayı buraxılacaqsa, bu gün kluba transferindən pul qazandırmaqla getməsi daha yaxşı olardı. Bizdə olan bilgiyə görə, baş məşqçi Qurban Qurbanovun da düşüncələri bu yöndədir (Futbol+).

Məhz buna görə Riçard Almeydanın, Asmir Beqoviçin ardından, Kintananın mümkün itkisinə də adi hal kimi yanaşır, “çox güman, komandanı üç-dörd futbolçu ilə gücləndirəcəyik” tipli açıqlama verməkdən çəkinmir. Belə görünür ki, “Qarabağ” da bu qış ciddi ciddi şəkildə yenilənəcək.

Sportinfo.az-ın məlumatına görə, ispaniyalı ilə maraqlanan Çinin I Liqa klubudur. Təklif olunan məbləğ 1 milyon avrodur.

“Qarabağ” isə bu keçiddən 300-350 min avro qazanmaq fikrindədir. Dani bu məbləği aşağı saldırmaq üçün əlindən gələni edir. Bu bir yana, o, Çin klubundan zəmanət tələb eləyib. Yarımmüdafiəçi daim əsas heyət üzvü olacağıyla bağlı vəd almaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti